Avropa Şurası Serbiya və Kosovoya normallaşma üçün addım atmayacaqları təqdirdə Avropa İttifaqı (Aİ) yolunda imkanlarını itirəcəkləri barədə xəbərdarlıq edib.
Avropa Şurası Aİ-nin Belqrad-Priştina dialoqu çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurtinin Brüsseldə keçidiyi görüşə dair açıqlama yayıb.
Açıqlamada iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı prosesin ləngiməsinin narahatlıq doğurduğu bildirilib. Qeyd olunub ki, Aİ insanların, NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) üzvlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və media nümayəndələrinin yaralanması ilə nəticələnən son hadisələrdən aylar keçməsinə baxmayaraq, tərəflərdən heç birinin Kosovonun şimalında gərginliyin azaldılması ilə bağlı heç bir irəliləyiş əldə etməməsindən narahatdır. Aİ və digər beynəlxalq tərəfdaşların dəfələrlə çağırışlarına baxmayaraq, indiyədək atılan addımlar qeyri-adekvatdır və Kosovonun şimalında təhlükəsizliklə bağlı vəziyyət gərgin olaraq qalır.
Aİ-yə üzvlüyün normallaşmadan keçdiyi xatırladılıb və hər iki ölkənin Avropa yolunda irəliləyiş imkanlarını itirmək təhlükəsi ilə üzləşdiyi vurğulanıb.
Xatırladaq ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin iştirakı ilə Kosovonun Baş naziri Albin Kurti ilə keçirdiyi görüşün uğursuzluqla nəticələndiyini demişdi.
Tehsil-press.az