Ciorcia Meloni: İtaliya davamlı sülh əldə olunanadək Ukraynaya dəstəyini davam etdirəcək

Ciorcia Meloni: İtaliya davamlı sülh əldə olunanadək Ukraynaya dəstəyini davam etdirəcək İtaliya ədalətli və davamlı sülh əldə olunana qədər Ukraynaya dəstəyini davam etdirəcək.
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni İspaniyanın Qranada şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 3-cü Zirvə Toplantısı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.
İtaliya Nazirlər Şurasının məlumatına görə, C.Meloni görüşdə ölkəsinin Ukraynada vacib infrastrukturun qorunması və Kiyevin qışa hazırlıq ehtiyaclarının təmin olunması üçün hərtərəfli dəstəyi davam etdirəcək.
V.Zelenski öz növbəsində Ukrayna hakimiyyətinə və xalqına göstərdikləri davamlı dəstəyə görə İtaliya hökumətinə təşəkkürünü bildirib.
Liderlər, həmçinin ərzaq böhranı ilə üzləşən Afrika ölkələrinə taxılın daşınması yollarını müzakirə ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər