Bakı Ali Neft Məktəbinin komandası Kibermüharibə yarışının finalına yüksəlib

Bakı Ali Neft Məktəbinin komandası Kibermüharibə yarışının finalına yüksəlib Azərbaycanda ilk dəfə təşkil olunacaq CIDC-2023 (Critical Infrastructure Defence Challange) tədbiri çərçivəsində keçirilən “Kibermüharibə” yarışının II onlayn mərhələsi uğurla başa çatıb. SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Squadron” komandası ali təhsil müəssisələri arasında ən yüksək nəticə əldə edərək finala yüksəlib.
İkinci mərhələdə əldə etdikləri nəticələrə uyğun olaraq ən yüksək nəticə göstərmiş komandaların sıralaması aşağıdakı kimidir:
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi – “0x5041”
2. Global Service Provider – “NetVault31337”
3. Bakı Ali Neft Məktəbi – “Squadron”
4. Azercell – “CyberCell”
5. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) – “ACC Predators”
6. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – “Digital Rangers”
7. PASHA Bank – “Old School”
8. Kapital Bank – “CyberKapitalists”
9. Expressbank – “Xpr3ss1337”
10. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “AS4NS3C”
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – “KiberDost”
12. Azərbaycan Respublikasının Mərkəzi Bankı – “CBAR_Team”
13. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti – “Iron Fist” 14. PASHA Technology LLC – “This is the way”
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi – “MoD of Azerbaijan”
16. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – “UEIB”
17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi – “1 Group”
18. Dövlət Gömrük Komitəsi – “Customs”
19. Azərbaycan İnvestisiya Holdinqi – “AİH”
20. Unibank – “UniCyberWarriors”
Növbəti mərhələyə vəsiqə qazanmış 20 komandanın final yarışı fiziki məkanda - Bakı Konqres Mərkəzində CIDC-2023 tədbirləri çərçivəsində “kibermüharibə” şəraitində baş tutacaq.

Tehsil-press.az


Oxşar xəbərlər