Bakı Ali Neft Məktəbinin (BANM) məzunu, SOCAR-ın Kompleks Qazma İşləri Trestinin Qazma üzrə böyük mühəndisi Niyaz Əhmədzadə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzində IADC WellSharp Qazma əməliyyatları üzrə “Nəzarətçi” səviyyəli təlim kursunu başa vurmuş dinləyicilər arasında biliklərin qiymətləndirilməsi (imtahan) prosesində ən yüksək nəticə göstərərək 97 faiz bal toplayıb və 1-ci yerə çıxıb.
Niyaz Əhmədzadə 2018-ci ildə BANM-in neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini, 2020-ci ildə magistr pilləsini fərqlənmə ilə bitirərək yatağın qiymətləndirilməsi və idarəolunması ixtisaslaşmasının birincisi olub.
O, 2018-ci ildə Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən neft-qaz mühəndisliyi ixtisasının tələbələri üçün təşkil edilmiş “PetroBowl” beynəlxalq səviyyəli intellektual yarışın Azərbaycan üzrə çempionatında 1-ci yerə layiq görülən BANM-in “OnePetro” komandasında təmsil olunub. Ali məktəbin komandası daxilində Azərbaycanı yüksək səviyyədə təmsil edən 5 tələbədən biri kimi Niyaz Əhmədzadə 2019-cu ildə Kanadada keçirilmiş beynəlxalq “PetroBowl” yarışının final mərhələsində iştirak edərək fərqlənib və Bakı Ali Neft Məktəbinin adının dünyanın ən güclü 16 universiteti siyahısına daxil edilməsinə nail olub.
N.Əhmədzadə 2018-ci ildə SOCAR-ın Kompleks Qazma İşləri Trestinə işə qəbul edilib.
Tehsil-press.az