Bakı Dövlət Universitetinin (BDU) “Enactus” komandası “Ecoprint” layihəsi ilə müxtəlif beynəlxalq startap və innovasiya məzmunlu yarışlarda iştirak edib.
“Ecoprint” Azərbaycanda sosial, iqtisadi və ekoloji vəziyyətə dəstək verməklə BMT-nin dayanıqlı inkişafa dair 17 məqsədindən 8-ni tam əhatə edir.
“Ecoprint” layihəsi 2019-cu ildə “Hult Prize” Azərbaycan yarışının qalibi olaraq ölkəmizi 2020-ci ildə Türkiyədə, beynəlxalq “Enactus” yarışının qalibi olaraq 2020-ci ildə Niderland krallığında layiqincə təmsil edib. Layihə 2020-ci il martın 13-də Bakıda keçirilən “II Qlobal Mühəndislik Simpoziumu”na (GES) rəsmi tərəfdaş və sponsor olub və 2021-ci il sentyabrın 24-də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Discover Europe” proqramına qoşulub.
Bir çox uğurlar əldə etmiş “Ecoprint” layihəsi 2021-ci il fevralın 8-də “Avro-Asiya Startap Mükafatları” (Euro-Asian Startup Awards) beynəlxalq yarışında 10 ölkə arasında regional finalın qalibi olub və 2021-ci il noyabrın 15-18-də Danimarka Krallığında (Kopenhagen) keçirilən, 113 ölkənin yarışdığı “Global Startup Awards” mükafatları yarışmasının “Grand Final” iştirakçısı vəsiqəsini qazanıb.
“Grand Final”da iştirak üçün komanda üzvlərindən 4 nəfər - Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri, layihənin rəhbəri Mətanət Musayeva, Bioekologiya kafedrasının dosenti, layihənin koordinatoru Məhluqə Yusifova, komandanın kapitanı Rüstəm Həsənli və informasiya texnologiyaları mütəxəssisi Kamran Qasımov Kopenhagendə keçirilən müsabiqəyə qatılıblar.
Tehsil-press.az