Aİİ-də XVI Ümumrusiya Olimpiadasının iştirakçısı olmuş tələbələrlə görüş

Aİİ-də XVI Ümumrusiya Olimpiadasının iştirakçısı olmuş tələbələrlə görüş Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru dosent Aqil Şirinovun Rusiya İslam İnstitutunun təşkilatçılığı ilə Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən XVI Ümumrusiya Olimpiadasında Aİİ-ni təmsil etmiş tələbələrlə görüşü olub.
Görüşdə A.Şirinov yarışmada institutu layiqincə təmsil etdiklərinə görə tələbələrə təşəkkürünü bildirib, təhsilalanlara bundan sonra da lazımi şəraitin yaradılacağını, onların elmi axtarışlara sövq edilməsi, bilikli, bacarıqlı mütəxəssislər kimi yetişmələri üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
Tələbələr yarışma ilə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, sözügedən beynəlxalq tədbirə Azərbaycan İlahiyyat İnstitutundan münsif qismində – İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov, iştirakçı qismində – IV kurs tələbəsi Peyman Xəlilov, III kurs tələbələri Rauf İbrahimxəlilov, Çərkəz Şahbazov və Zeynəb Xəlilli qatılıblar.
İştirakçılar İslam hüququ, əqaid və ərəb dili istiqamətləri üzrə sualları cavablandırıblar. İlahiyyat İnstitutunun tələbələri fəallıqları ilə seçiliblər.
Aİİ-nin tələbəsi Zeynəb Xəlilli müsabiqədə uğurlu iştirakına görə mükafatlandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər