Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) IV kurs tələbələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və məscidlərdə təcrübə keçirlər.
Aİİ-nin rektoru Aqil Şirinovun həmin tələbələrlə görüşü olub. Görüşdə tələbələrə tövsiyələrini verən rektor qeyd edib ki, gələcəkdə məscidlərdə fəaliyyət göstərəcək məzunlar ölkəmizə, xalqımıza ləyaqətlə xidmət etməli, insanların dini maariflənməsi istiqamətində səylə çalışmalıdırlar.
Vurğulanıb ki, ali təhsil müəssisəsinin məqsədi cəmiyyətə savadlı, yüksək intellektə, geniş dünyagörüşünə malik, Vətənini sevən, milli məfkurəyə sahib, milli-mənəvi dəyərlərimizi qoruyan din xadimləri və dinşünas mütəxəssislər hazırlamaqdır.
Rektor tələbələri institutda təşkil edilən ödənişsiz İslam əqaidi üzrə ərəbcə klassik dini mətnləri oxuma, fiqh, ərəb və ingilis dilləri üzrə kurslarda fəal iştirak etməyə çağırıb.
Sonra tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az