Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində təhsillərini davam etdirəcəklər.
“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında tələbə mübadiləsi həyata keçirilir.
Mübadilə çərçivəsində Aİİ-nin islamşünaslıq ixtisasının III kurs tələbələri – Bəhruz Orucov və Peyman Xəlilov 2022-2023-cü tədris ilinin yaz semestri ərzində “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində təhsil alacaqlar.
Universitetin rektoru Məhəmməd əl-Şahhat əl-Gindi, prorektoru Kayrat Kurmanbayev ilə Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova və adları qeyd olunan tələbələrin iştirakı ilə keçirilən görüşdə iki təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin iki tələbəsi 2021-2022-ci tədris ilinin yaz semestri ərzində Azərbaycan İlahiyyat İnstitutunda təhsil alıb.
Tehsil-press.az