Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) hər il təşkil olunan “Quran qiraəti” müsabiqəsi keçirilib.
Müsabiqədə İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər.
İlahiyyat İnstitutunun prorektoru fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, İlahiyyat fakültəsinin dekan müavini fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Dillər və ictimai fənlər kafedrasının müəllimi Ənvər Mustafayev münsiflər heyətində təmsil olunublar.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov müsabiqənin əhəmiyyətini vurğulayaraq, Qurani-Kərimi gözəl oxumaqla yanaşı, həm də mənasını anlamağın vacibliyini bildirib. O, ali təhsil müəssisəsində mütəmadi olaraq istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif müsabiqələrin davamlı olaraq həyata keçiriləcəyini nəzərə çatdırıb. Belə müsabiqələrin tələbələrə təcrübə qazandırdığını, inkişafına imkan verdiyini bildirib.
Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Quran qiraəti” müsabiqəsində III kurs tələbəsi Murad Kərəmov 1-ci yerə, III kurs tələbəsi Əmrah Eminov 2-ci yerə, III kurs tələbəsi Azanə Əhmədova 3-cü yerə layiq görülüblər.
Müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara təşəkkürnamələr təqdim edilib.
Tehsil-press.az