ADPU-da Türkiyənin MEF Universitetinin “Məktəbdə universitet” modeli tətbiq oluna bilər

ADPU-da Türkiyənin MEF Universitetinin “Məktəbdə universitet” modeli tətbiq oluna bilər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin MEF Universitetinin Təhsil fakültəsinin dekanı professor Mustafa Özcan ilə görüş keçirilib.
Mustafa Özcan nəzəriyyə və praktikanı birləşdirən bir proqram kimi hazırlanmış “Məktəbdə universitet” modeli barədə təqdimatla çıxış edib. O, pedaqoji fəaliyyətdə daha uğurlu kadr hazırlanması üçün müəllim hazırlığının elə müəllimlərin əsas iş yeri olan məktəblərdən başlamasının önəmini vurğulayıb.
Sonda isə bu model üzrə ADPU-da pilot layihə həyata keçirilməsinin mümkünlüyü barədə fikirlər irəli sürülüb.
Görüşdə mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər