Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ilində bu ali məktəbə qəbul olunmuş təkrar ali təhsilalanlarla görüş keçirilib.
Universitetin rektoru, professor Cəfər Cəfərov bu il ADPU-ya 15 ixtisas üzrə ümumilikdə 130 nəfərin təkrar ali təhsilə cəlb olunduğunu söyləyib.
Rektor qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması nəticəsində universitet pedaqoji kadr hazırlığı ilə məşğul olan unikal ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilib. ADPU-da təxminən 20 minədək tələbə təhsil alır. Bu il 259 abituriyent 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, insan resurslarının təkmilləşdirilməsi, peşəkar kadr hazırlığının yüksək səviyyəyə qaldırılması, idarəetmənin optimallaşdırılması üçün ciddi islahatlar həyata keçirilir.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov tədris prosesinin təşkili barədə məlumat verib, təhsilin keyfiyyətinin yüksəldilməsini və nizam-intizamın vacibliyini vurğulayaraq təkrar ali təhsilalanlara uğurlar arzulayıb.
Təkrar ali təhsilalanlar qəbulun şəffaf və obyektiv keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.
Sonda suallar cavablandırılıb.
ADPU-nun Mətbuat Xidməti