ADPU-nun Frankofoniya Universitet Agentliyinə üzvlüyü ilə bağlı razılıq əldə edilib

ADPU-nun Frankofoniya Universitet Agentliyinə üzvlüyü ilə bağlı razılıq əldə edilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Frankofoniya Universitet Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohamed Ketata və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru dosent Vazeh Əskərovla görüş keçirilib.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, fakültələri, filialları, fəaliyyət istiqamətləri və ikili diplom proqramı haqqında məlumat verib. Rektor universitetdə xarici dillərin, o cümlədən fransız dilinin tədrisi sahəsində aparılan islahatlardan da bəhs edib.
V.Əskərov UFAZ ilə AUF arasında əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat verib. O, UFAZ-da Bakı Frankofoniya Məşğulluq Mərkəzinin açılacağını diqqətə çatdırıb.
Sonda M.Ketata ADPU-da olmaqdan məmnunluğunu bildirib, Frankofoniya Universitet Agentliyinin missiyası, fəaliyyəti və universitetlərlə əməkdaşlığı barədə məlumat verib.
Görüş zamanı ADPU-nun Frankofoniya Universitet Agentliyinə üzv olması barədə razılıq əldə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər