Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının Xarici dillər klubu və ADPU Təhsil Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə “İkili diplom proqramına qəbul” mövzusunda görüş keçirilib.
Strateji inkişaf üzrə rektor müşaviri Ümid Mehdiyevin moderatorluğu ilə keçirilən tədbirdə ADPU və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə əməkdaşlığı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə məlumat verilib.
ADPU-Corc Vaşinqton Universiteti ikili diplom proqramının rəhbəri Tofiq Əhmədov magistratura səviyyəsində təhsil idarəetməsi ixtisası üzrə müvafiq proqram haqqında məlumat verib. O, proqramın əsas məqsədinin qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdən ibarət olduğunu vurğulayıb.
Görüşdə ADPU-Corc Vaşinqton Universiteti ikili diplom proqramı haqqında təqdimat nümayiş etdirilib.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az