ADPU-da doktorant və dissertantlarla görüş

ADPU-da doktorant və dissertantlarla görüş Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktorluğu proqramı üzrə doktorantura və dissertanturaya qəbul olunmuş doktorant və dissertantlarla görüş keçirilib.
Görüşdə universitetin rektoru professor Cəfər Cəfərov dövrün trendləri və yeni pedaqoji yanaşmalar haqqında danışıb. Rektor universitetdə magistratura və doktoranturaya qəbul olunanların kəmiyyət və keyfiyyət göstəricilərini artırmaq istiqamətində ardıcıl iş aparıldığını, təhsilə dair beynəlxalq forum və konfransların təşkil olunduğunu, kollektivin gərgin əməyi sayəsində bir çox nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. C.Cəfərov vurğulayıb ki, rəqabətqabiliyyətli elmi-pedaqoji potensialın gücləndirilməsi üçün gənc tədqiqatçılar da mövzu seçimlərində və tədqiqatlarında ən yeni elmi nailiyyətlərə və istiqamətlərə istinad etməlidirlər.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov bildirib ki, cari ildə fəlsəfə doktorluğu proqramı üzrə ADPU-da qəbul aparılan 27 yerə 51 nəfər iddia edib, nəticədə gərgin müsabiqə mərhələlərini uğurla keçən 10 nəfər namizəd doktorantura və dissertanturaya qəbul olunub.
Daha sonra doktorant və dissertantlara vəsiqələr təqdim olunub və onlar elmi-tədqiqat istiqamətləri haqqında məlumat veriblər.

Tehsil-press.az




Oxşar xəbərlər