ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib

ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II nömrəli tədris binasında 2019-2020-ci tədris ilində ali təhsilin magistratura səviyyəsinə qəbul olunan magistrantlarla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov yeni qəbul olunan magistrantları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor ADPU-da uğurla həyata keçirilən təhsil islahatları barədə ətraflı məlumat verib. Professor Cəfər Cəfərov qeyd edib ki, 2019-2020-ci tədris ilində ADPU-nun magistratura səviyyəsinə 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul olunub. Rektor son illər universitetin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən ətraflı danışaraq bildirib ki, ADPU həm də bir çox xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr bağlayıb.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev çıxış edərək universitetdə görülən işləri müsbət qiymətləndirib və yeni qəbul olunan magistrantlara təhsildə uğurlar arzulayıblar.
Sonra Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov şöbənin strukturu, kredit sistemi ilə tədrisin təşkili, magistratura səviyyəsində qiymətləndirmə və təqaüdlərin verilməsi qaydaları barədə magistrantlara məlumat verib.
Görüşün sonunda rektor Cəfər Cəfərov magistraturaya yüksək balla qəbul olunan magistrantlara tələbə bileti təqdim edib və xatirə şəkli çəkdirilib.

ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilibADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilibADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilibADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilibADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilibADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilibADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib

Oxşar xəbərlər