Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “Gənc tədqiqatçılar: reallıqlar, çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov gənc tədqiqatçılarla işin qurulmasından, bu istiqamətdə görülən işlərdən söz açıb. Qeyd edib ki, ADPU-da təkcə cari il ərzində 4 nəfər elmlər doktorluğu dissertasiyasını müdafiə edib.
Prorektor bildirib ki, tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, beynəlxalq mübadilə proqramlarında iştirak və beynəlxalq təcrübənin öyrənilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Ali təhsil müəssisələrinin reytinqinin orada aparılan elmi tədqiqatların və əldə olunan nailiyyətlərin səviyyəsi ilə ölçüldüyünü vurğulayan professor A.Zamanov bunun üçün gənclərin elmə cəlb olunmasinın vacibliyini diqqətə çatdırıb.
Sonra dosent İlqar Orucov tədqiqat nəticələrinin beynəlxalq elmmetrik bazalarda olan jurnallarda dərc olunmasının əhəmiyyətini vurğulayıb. Şura sədri İlkin Əsgərov ADPU-da gənc tədqiqatçıların işinin əlaqələndirilməsi və stimullaşdırılma tədbirləri haqqında danışıb. Professorlar İbrahım Bayramov, Əbülfət Pələngov, Əli Zalov, Ramiz Əliyev və başqaları gənc kadrların hazırlanmasının aktual məsələləri haqqında fikirlərini bölüşüblər.
Daha sonra Şuranın üzvü olan doktorant və gənc tədqiqatçılar öz təəssüratlarını bölüşüb, fikir və təkliflərini bildiriblər.
Tehsil-press.az