BDU-da tələbələr üçün keçirilən dil təlimləri uğurla davam edir

BDU-da tələbələr üçün keçirilən dil təlimləri uğurla davam edir Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Conversation club”un tələbələr üçün keçirdiyi dil təlimləri uğurla davam edir.
Açıq havada təşkil olunan növbəti təlim rus dili üzrə keçirilib. Təlimin məqsədi tələbələrin rus dilində danışıq səriştəsinin artırılması, bacarıqlarının təkmilləşdirilməsi, əldə etdikləri dil biliklərinin inkişaf etdirilməsidir.
Filologiya fakültəsinin IV kurs tələbəsi Gülər Abdinova təlim iştirakçılarına rus dilinin qrammatikası, gündəlik danışıqda ən çox istifadə edilən sözlər haqqında məlumat verib, sualları cavablandırıb.
Təlimlər həftədə iki dəfə olmaqla müxtəlif dillər üzrə davamlı şəkildə həyata keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər