Bakı Dövlət Universitetində (BDU) “You will speak” Dil Mərkəzinin açılış mərasimi olub.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev son illər universitetdə bir sıra mühüm islahatlar aparıldığına diqqət çəkib. O bildirib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-nun Elmi Kitabxanası, insan resurslarının idarə edilməsi və sənəd dövriyyəsi elektronlaşdırılır, texniki təchizatı gücləndirilir, yeni mərkəz və laboratoriyalar yaradılır.
Rektor BDU-nun müəllim və tələbə heyətinin fərdi inkişafının önəmli məsələlərdən olduğunu qeyd edib, yeni açılan Dil Mərkəzinin bu amala xidmət etdiyini bildirib. “Rəqəmsallaşan dünyada müxtəlif xarici dillərin öyrənilməsi günün tələbidir. İngilis dilinin öyrənilməsi həm tədris, həm də elmi-tədqiqat prosesində zərurətə çevrilib. BDU artıq tədqiqat universiteti statusunu almağa hazırlaşır. Bu baxımdan tələbə və əməkdaşların xarici dil biliyi səviyyəsinin yüksək olması tədrisin və elmi-tədqiqatların keyfiyyətinə, beynəlxalq əlaqələrin gücləndirilməsinə öz töhfəsini verəcək. Dil Mərkəzi dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılıb”, - deyə rektor bildirib.
Qeyd edək ki, “You will speak“ Dil Mərkəzinin yaradılmasında əsas məqsəd BDU-nun tələbə və əməkdaşlarının ingilis dili üzrə danışıq və bacarıqlarının inkişaf etdirilməsidir. Mərkəzdə ümumi ingilis dili, IELTS və doktorantura imtahanlarına hazırlıq üzrə təlimlər keçiriləcək. Həmçinin burada tələbə və əməkdaşlar asudə vaxtlarını ödənişsiz “Conversation Club”, seminar və müxtəlif intellektual oyunlarla faydalı keçirə bilərlər.
Tehsil-press.az