ADNSU-da 20 Yanvara həsr olunan kitab sərgisi açılıb

ADNSU-da 20 Yanvara həsr olunan kitab sərgisi açılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 20 Yanvara həsr olunmuş kitab sərgisi açılıb.
Sərgidə 20 Yanvar hadisələrinin Azərbaycan tarixində qanla yazılmış bir səhifə, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü olduğunu əks etdirən kitablar, salnamələr, fotolar, jurnallar, dövri mətbuat və digər materiallar geniş yer alıb. Burada “Yanvardan sonra çalınan “Vağzalı”, “Yanvar hekayələri”, “Qara Yanvar şəhidləri,” “ADNA-nın Yanvar şəhidləri”, “20 Yanvar şəhidləri”, “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi” və digər kitablar diqqəti cəlb edir.
Qeyd edək ki, sərgilənən kitablar Azİİ e-Kitab Evinin elektron kataloqunda yer alaraq kitabxana bazasında yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər