Neft və Sənaye Universitetində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan kitab sərgisi açılıb

Neft və Sənaye Universitetində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan kitab sərgisi açılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan kitab sərgisi açılıb.
Sərgidə dahi rəhbər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna tarixi xidmətlərindən bəhs edən kitablar nümayiş olunur.
Eyni zamanda, sərgidə ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizdə qazanılan uğurları əks etdirən 50-dən çox kitab, jurnal və digər nəşrlər yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər