İtaliyada nəqliyyat işçiləri tətil edəcək

İtaliyada nəqliyyat işçiləri tətil edəcək İtaliyada oktyabrın 20-də nəqliyyat sahəsində bir günlük milli tətil elan edilməsi qərara alınıb.
Həmkarlar ittifaqları tərəfindən qəbul olunan qərara əsasən, ölkədə bütün nəqliyyat növləri üzrə işçilər tətil edəcək. Tətilə hava yolu şirkətləri, aviasiya sənayesinin və hava limanlarının yerüstü işçi heyəti də qoşulub. Artıq müxtəlif aviaşirkətlər ölkədəki hava limanlarında yüzlərlə daxili və beynəlxalq reysi ləğv edib.
Dəmir yolu şirkətləri isə istər qısa məsafəli, istərsə də uzun məsafəli çox sayda qatar reysini ləğv edib və ya vaxtını dəyişib. Gəmi-bərələrin də səfərləri ləğv olunub.
Tətilə səbəb kimi işçilərin əməkhaqqının və iş şəraitinin qaneedici olmaması göstərilir. Ümumiyyətlə, bir neçə müddətdir İtaliyada nəqliyyat sahəsində sosial gərginlik artıb.

Tehsil-press.az



Oxşar xəbərlər