Müəllimlik peşəsini seçən üç bacı

Müəllimlik peşəsini seçən üç bacı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov ADPU-nu seçən bir ailənin üç qız övladı – Sevil, Sevda və Nisə Qafarova bacıları ilə görüş keçirib.
Şərəfli və məsuliyyətli müəllimlik peşəsini seçən bacıları təbrik edən rektor onların seçiminin təqdirəlayiq olduğunu diqqətə çatdırıb və bunu müəllimlik peşəsinin artan nüfuzunun göstəricisi kimi qiymətləndirib.
Təəssüratlarını bölüşən gənclər də ən vacib və böyük məsuliyyət tələb edən peşələrdən olan müəllimlik ixtisasını məhz müəllimlik məbədi olan ADPU-da dərindən mənimsədiklərini bildiriblər. Onlar gələcəyin sağlam gənclərini yetişdirmək üçün müəllimlik ixtisaslarını seçdiklərini vurğulayıblar. Bacılar həm də aktiv ictimai fəaliyyətlə məşğul olurlar.
Səmimi söhbət şəraitində keçən görüşün sonunda rektor müəllim bacılara xatirə hədiyyələri verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Xaçmaz şəhərindən olan Qafarovlar ailəsinin üç qız, bir oğul övladları var. Bacıların üçü də hazırda Pedaqoji Universitetdə müəllimlik peşəsinin sirlərinə yiyələnirlər. Sevil Süleyman qızı Qafarova ADPU-nun Kimya və biologiya fakültəsinin kimya və biologiya müəllimliyi ixtisasının V kursunda, Sevda Qafarova Tarix və coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisasının II kursunda, Nisə Qafarova isə Riyaziyyat fakültəsinin informatika müəllimliyi ixtisasının I kursunda təhsil alır. Onların qardaşı Sənan isə Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin X sinfində təhsil alır.
Gənclərin ataları hərbçi, anaları isə evdar qadındır.

Tehsil-press.az



Oxşar xəbərlər