Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məzun günü” keçirilib.
Tədbirdə çıxış edən filialın direktoru dosent Rafiq Rəsulov təhsili başa vuran gənclərin qarşısında çox şərəfli və məsuliyyətli bir vəzifənin durduğunu vurğulayıb. O bildirib ki, son dövrlərdə sürətlə inkişaf edən təhsilimizə məzunların hər biri öz töhfəsini verməli, müəllimlik peşəsinin adını daim ucaltmalıdırlar. Qarşıdan gələn yekun dövlət imtahanlarında və müəllimlik işinə qəbul üzrə keçiriləcək imtahanda gənclərə uğurlar arzulayan direktor diqqətə çatdırıb ki, filialın məzunlarının bir qismi imtahanlarda yüksək nəticə göstərərək magistraturada təhsilini davam etdirmək imkanı qazanıb. Xarici dil müəllimliyi (ingilis dili) ixtisasının lV kurs tələbəsi Rəhman Rəhimlinin ABŞ-da magistratura təhsili alacağını da filialın qazandığı uğurlardan biri kimi dəyərləndirən direktor magistraturaya qəbul imtahanlarında yüksək nəticə göstərən gəncləri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov, Filologiya fakültəsinin dekanı dosent Ulduz Mürşüdova, Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin Bədiyev, Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri Əsmayə Əkbərova, Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək məzun olacaq gənclərə arzu və tövsiyələrini bildiriblər. Filialın buraxılış kursunun tələbələrindən Aydan Fətəlizadə, Jalə Rəhimova, Aisənur İsmayılova, Səadət Əhmədova, Aytac Əhmədova və başqaları çıxış edərək təhsil illərində qazandıqları uğurlara, əldə etdikləri bilik və bacarıqlara görə filialın rəhbərliyinə, professor-müəllim heyətinə sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva bildirib ki, filialın builki məzunları arasında istedadlı, peşəsini sevən gənclər çoxdur. Tələbələrin pedaqoji təcrübədə olduğu müddətdə təhsil müəssisələrindən gələn xoş soraqlar və 40-dan çox təcrübəçi tələbənin məktəb və məktəbəqədər təhsil müəssisəsi rəhbərləri tərəfindən fəxri fərmanla təltif olunması bunu söyləməyə əsas verir.
“Məzun günü”ndə həmin tələbələrə, eləcə də filialda təhsil illərində yüksək nailiyyətləri, ictimai fəallığı, nümunəvi intizamı ilə fərqlənən gənclərə fəxri fərmanlar təqdim olunub.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii proqramla davam edib.
Tehsil-press.az