Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır.
Təhsil-press.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə ünvanladığı təbrikdə bildirib.
Nazir qeyd edib ki, müəllim peşəsinin ictimai nüfuzunun artdığını həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir:
"Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır. Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib. Bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir".
Təhsil-press.az