Son beş tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Belə ki, yüksək ballı tələbələr müəllim olmağa üstünlük verirlər.
Beş il əvvəl 500 və daha artıq bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.
Son illərdə yüksək bal toplayan abituriyentlər arasında ölkənin ən böyük pedaqoji ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) seçənlərin də sayı artıb. 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunan tələbələrdən cəmi 20 nəfəri 500-dən artıq bal topladığı halda, 2017-2018-ci tədris ilində 273 nəfər, bu il isə 527 nəfər ADPU-da təhsil almaq arzusunu reallaşdırıb. Bu da beş ildə təxminən 27 dəfə, bir il ərzində isə iki dəfə artım deməkdir.
2016-cı ildə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlardan yalnız biri ibtidai sinif müəllimliyini seçib. Builki qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında 235 abituriyent ibtidai sinif müəllimliyini seçib. Bu, indiyədək təhsil ixtisas qruplarında ibtidai sinif müəllimliyini seçənlərin maksimal nəticəsidir.
Qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq riyaziyyat və informatika müəllimliyini seçən abituriyentlər ötən illə müqayisədə 70.8 faiz, xarici dil müəllimliyini seçənlər isə 25 faiz artıb. Yaxud ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq nəticə göstərən abituriyentlər arasında üç il əvvəl kimya müəllimi olmaq istəyən 43 abituriyent vardısa, bu il onların sayı 141 nəfər olub. Biologiya müəllimliyi üzrə vəziyyət də eynidir. Yüksək nəticə ilə üç il əvvəl 13 nəfər, bu il isə 140 nəfər biologiya müəllimliyini seçib.
Tehsil-press.az