Gürcüstan Hökuməti ölkənin müxtəlif regionlarında, o cümlədən Samtsxe-Cavaxeti, Kaxeti, Şida Kartli və İmeretidə üç külək və beş su elektrik stansiyası tikmək niyyətindədir.
Bu məsələ Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumətin oktyabrın 23-də keçirilən iclasında müzakirə olunub.
Bildirilib ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə təqdim olunan enerji stansiyalarının gücü 250 MVt-dan, investisiyaların ümumi həcmi isə 400 milyon ABŞ dollarından artıqdır.
Sözügedən elektrik stansiyalarının tikintisi ilə əlaqədar investor şirkətləri ilə müvafiq müqavilələr imzalanacaq, onların əsasında layihələrin texniki-iqtisadi əsaslandırılması öyrəniləcək, daha sonra tikinti işlərinə başlanacaq.
Tehsil-press.az