İran yaxın günlərdə miqyaslı hərbi təlimlər keçirəcək

İran yaxın günlərdə miqyaslı hərbi təlimlər keçirəcək İran yaxın zamanlarda quru qoşunlarının müxtəlif bölmələrinin iştirakı ilə miqyaslı hərbi təlimlər keçirəcək.
“İqtidar 1402” təlimləri ölkənin mərkəzi hissəsində yerləşən İsfahan əyalətində təşkil olunacaq. Manevrlərdə İran Silahlı Qüvvələrinin artilleriya, zirehli tank və hava-desant bölmələri iştirak edəcək.
Qeyd edək ki, avqust ayında İran ordusu körfəzdə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinin təlimlərini keçirib. Təlimlərin keçirildiyi rayona uçuş məsafəsi 120 kilometrə çatan “Fəth” ballistik raketləri, uçuş məsafəsi 300 kilometr olan “Qadir” qanadlı raketləri, həmçinin pilotsuz gəmilər və pilotsuz uçuş aparatları cəlb olunub.

Tehsil-press.az



Oxşar xəbərlər