Bakı Ali Neft Məktəbinin tələbələri kibertəhlükəsizlik yarışında qalib olublar

Bakı Ali Neft Məktəbinin tələbələri kibertəhlükəsizlik yarışında qalib olublar Azərbaycanda ilk dəfə keçirilən “CIDC-2023” (Critical Infrastructure Defence Challange) Kibertəhlükəsizlik CTF tipli fərdi yarışmasında ilk 3 yeri SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri tutublar.
BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının I kurs magistratura tələbəsi İsmayıl Eyyub birinci yeri, V kurs tələbəsi Nihat Əliyev ikinci yeri, IV kurs tələbəsi Radmila Musayeva üçüncü yeri, Kompüter mühəndisliyi ixtisasının III kurs tələbəsi Yaşar İbrahimxəlilov isə beşinci yeri qazanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “CIDC-2023” tədbiri dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədi daşıyır.
Yarışın final mərhələsində müxtəlif dövlət qurumlarını, şirkətləri təmsil edən 20 komanda iştirak edib. Bakı Ali Neft Məktəbi final mərhələsinə yüksələn yeganə ali təhsil müəssisəsi olub.

Tehsil-press.az


Oxşar xəbərlər