Şərqşünaslıq İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Şərqşünaslıq İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub “Islamsng.com” saytının baş redaktoru Səfa Kərimov oktyabrın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. S.Kərimov, həmçinin Sankt-Peterburq Dövlət Universiteti nəzdində İslam Araşdırmaları Mərkəzinin sədri, Moskva İslam İnstitutunun rektoru və Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinovun köməkçisi və məsləhətçisidir.
S.Kərimov AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva institutda aparılan tədqiqatlar barədə qonağa məlumat verib. S.Kərimov isə təmsil etdiyi təhsil müəssisəsində aparılan araşdırmalardan söz açıb.
Görüşdə Şərqşünaslıq İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tehsil-press.az




Oxşar xəbərlər