AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Elm Günü və 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar kitab sərgisi təşkil olunub.
Tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq 1958-ci ildə yaradılan elm müəssisəsinin ötən 64 ildə elmimizə böyük töhfələr verdiyini söyləyib. Diqqətə çatdırılıb ki, dünyaşöhrətli şərqşünaslar elmimizi beynəlxalq məkanda layiqincə təmsil ediblər. Ötən illər ərzində Şərqşünaslıq İnstitutunda yüzlərlə dəyərli kitab nəşr edilərək elmi ictimaiyyətin ixtiyarına verilib. Hazırkı sərgidə institutda son illərdə nəşr olunan kitablar yer alıb.
Daha sonra tədbir iştirakçıları sərgidə nümayiş edilən kitablarla tanış olublar. Sərgilənən kitablar iştirakçılara hədiyyə edilib.
Tehsil-press.az