Kreml hesab edir ki, Mahaçqala aeroportunda baş verən hadisələr xaricdən təsir nəticəsində meydana gəlib.
Bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Mahaçqala aeroportunda iğtişaşlar xaricdən təsir, o cümlədən informasiya təsiri nəticəsində baş verib. “Qəzza bölgəsindəki dəhşətləri - insanların, uşaqların, qocaların, tibb işçilərinin həlak olmasını əks etdirən kadrlar fonunda düşmənlərin vəziyyətdən sui-istifadə etməsi, təxribatlar törətməsi, insanları həyəcanlandırması asanlaşır”, - deyə Dmitri Peskov vurğulayıb.
Kremlin nümayəndəsi deyib ki, Prezident V.Putin bu gün Dağıstan iğtişaşları ilə əlaqədar geniş müşavirə keçirəcək, Qərbin Yaxın Şərq hadisələrindən istifadə etməklə Rusiya cəmiyyətini parçalamaq cəhdləri müzakirə olunacaq.
Tehsil-press.az