Atlantik okeanda formalaşan “Kiran” qasırğası Fransanın qərb sahillərinə yaxınlaşır.
Bu gün axşam saatlarında sahilyanı rayonlara çatması gözlənilən qasırğanın mərkəzində küləyin sürəti saatda 150 kilometrə, dalğaların hündürlüyü isə 10 metrə çata bilər.
Hakimiyyət orqanları Atlantik okeanı və La-Manş boğazı sahillərində yerləşən rayonlarda daşqın riski barədə xəbərdarlıq edib. Əlverişsiz hava şəraitinin ən çox Bretan, Normandiya, O-de-Frans bölgələrinə, həmçinin ölkənin mərkəzi hissələrinə, o cümlədən Paris regionuna təsir edəcəyi proqnozlaşdırılır.
Sinoptiklərin məlumatına görə, Fransanın bəzi rayonlarında güclü külək və leysan yağışları noyabrın 2-dək davam edəcək.
Tehsil-press.az