Fırtına nəticəsində 45 min ev işıqsız qalıb, ölənlər var

Fırtına nəticəsində 45 min ev işıqsız qalıb, ölənlər var Fransanın Korsika adasında bu gün səhər baş verən güclü fırtına nəticəsində azı beş nəfər həlak olub, daha 12 nəfər yaralanıb.
Şiddətli yağış və sürəti saatda 222 kilometrə çatan külək adada miqyaslı dağıntılar törədib. Fransanın EDF energetika kompaniyasının məlumatına görə, təbii fəlakət 45 minə yaxın ev təsərrüfatını işıqsız qoyub.
Hakimiyyət orqanları gəmilərin saya oturması ilə əlaqədar adanın qərb sahilləri boyunca 60 xilasetmə əməliyyatının keçirildiyini bildirib. Météo-France meteoroloji agentliyi məlumat verib ki, adanın bəzi rayonlarında iki-üç saat ərzində son bir necə ayda olduğundan çox yağıntı qeydə alınıb.
Xatırladaq ki, avqustun əvvəlində Fransa digər təbii fəlakətə - miqyaslı meşə yanğınlarına məruz qalıb.

Tehsil-press.az




Oxşar xəbərlər