Türk menecerdən "gender ayrıseçkiliyi" iddiası: Google 1,15 milyon dollar təzminat ödəyəcək

Türk menecerdən Təxminən 7 ildir "Google"-da çalışan türk menecer Ülkü Rou çalışdığı şirkətə qarşı "gender ayrıseçkiliyi" iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə "Google"-un türk əsilli menecerinə 1,15 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Rou, "Artıq texnoloji şirkətlər ölkələrin gələcəyini istiqamətləndirir. Xüsusilə bu şirkətlərdəki ədalətsizlik və bərabərsizliklər mövzusunda susmaq istəmədim" deyə bildirib. Bu hadisələrdən sonra Rou məhkəməyə müraciət edərək çalışdığı şirkətdən şikayətçi edib. Aylarla davam edən davada məhkəmə heyəti "Google"-u təqsirli bilib və şirkətin Ülkü Rouya ödəmədiyi maaş və bu işdə vurduğu psixoloji ziyana görə 1,15 milyon dollar (32 milyon 258 min TL) təzminat ödəməsinə qərar verib.
Rou işə başlayandan sonra anlayıb ki, onunla eyni işi görən, eyni karyeraya və eyni avadanlıqlara sahib olan, daha yüksək səviyyədə və daha yüksək maaşla çalışan kişi həmkarları var: “Əvvəlcə bütün etmək istədiyim bunu açıqlamaq idi. Problemim ancaq bunun düzəldilməsini və ədalətsizliyin aradan qalxmasını təmin etmək idi" deyə menecer bildirib.
"Mən Türkiyədə Mustafa Kamal Atatürkün prinsipləri ilə böyümüş türk qadınıyam. Anam və atam mənə Ülkü adını verəndə Atatürkün övladlığa götürdüyü qızından ilham alıblar. Bəlkə də bu yolda uca durmağımın bir səbəbi də Atatürk kimi bir liderin ölkəsindən çıxmağımdır.

Tehsil-press.az




Oxşar xəbərlər