"Google", "Facebook", "WhatsApp" Rusiyaya 22 milyon rubl cərimə ödəyib

"Google", "Facebook", "WhatsApp" şirkətləri Rusiyada istifadəçilərin fərdi məlumatları ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təyin olunan cərimələrin 22 milyon rublunu (300 min dollara yaxın) ödəyib.
Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları, Kütləvi Kommunikasiyalar sahəsində Federal Nəzarət Xidməti bildirib.
Qeyd olunub ki, 2021-ci ildə Moskva şəhər Taqan rayon məhkəməsi "WhatsApp"ı 4 milyon, "Google"ı 3 milyon, "Facebook"u isə 15 milyon rubl məbləğində cərimələmişdi.
Eyni qanun pozuntusuna görə 17 milyon rubl cərimələnmiş "Twitter" isə cəriməni ödəməyib.
Xatırladaq ki, ötən ilin sonunda Rusiya məhkəməsi "Google" şirkətini 16 ayrı protokol üzrə 98 milyon dollara yaxın cərimələmişdi.

Tehsil-press.az




Oxşar xəbərlər