Nazir müavini: Bu il keçirilən təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib

Nazir müavini: Bu il keçirilən təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib Cari ilin 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib.
Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli müəllimlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə söyləyib. Qeyd olunub ki, 1 334 nəfər keçid balını toplayaraq növbəti mərhələdə iştirak imkanı qazanıb. Təkrar imtahanda iştirak edən müəllimlərdən 605-i müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, imtahanda iştirak etməyən 137 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub.

Tehsil-press.az


Oxşar xəbərlər