Emin Əmrullayev: Mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu

Emin Əmrullayev: Mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu Ölkəmizdə ali təhsil sistemində universitetlər vətəndaşların maddi gücünə uyğun ixtisas verməyə çalışırlar. Məsələn, vətəndaşın 1500 manat ödənişə gücü çatırsa, ona kompüter mühəndisi olmağı təklif edir. Dünyada mühəndis hazırlamaq üçün bir nəfərə nə qədər vəsait ayrılır? Əgər biz buna diplom ticarəti kimi baxırıqsa, adı başqa şeydir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib.
Bildirib ki, ölkəmizdə təhsil almaq istəyənlərin sayı ən az 3 dəfə artıb: “1500 manata kompüter mühəndisi oxumaq oxumamaqdan daha yaxşıdır, ən azından tələbənin bəzi bacarıqları formalaşır.
Xaricdə təhsil üçün bəzən bir vətəndaşımıza 100 min dollar sərf olunur. Məsələn, mən hesablamışdım, mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu. Bu olmasaydı, mən xaricdə təhsil ala bilməzdim. Mövcud resursları düzgün və optimal paylamalıyıq”.

Tehsil-press.az



Oxşar xəbərlər