Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Noyabrın 11-də açılışı olan sərgidə BDU-nun Elmi Kitabxanasında qorunan kitablar, qiymətli nəşrlər, professor-müəllim heyətinin Azərbaycan, rus, ingilis və türk dillərində nəşr etdirdiyi kitablar nümayiş olunur. Stenddə, həmçinin universitetin “Kitab Evi”nin nəşri olan dərslik və dərs vəsaitləri, elmi xəbərlər, konfrans materialları da sərgilənir.
BDU-nun stendində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Zəfər Gününə həsr olunan kitablardan ibarət guşə daha maraqla qarşılanıb.
BDU haqqında videoçarxın nümayişi məktəbli kitabsevərlərin xüsusi diqqətinə səbəb olub.
Ziyarətçilərə stenddə nümayiş etdirilən nəşrlər barədə məlumat verilib, BDU-nun loqosu ilə çap məhsulları, bloknot, buklet və qeyd vərəqləri hədiyyə olunub.
Tehsil-press.az