BDU-da “Heydər Əliyev İli” çərçivəsində kitab sərgisi təşkil edilib

BDU-da “Heydər Əliyev İli” çərçivəsində kitab sərgisi təşkil edilib Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində kitab sərgisi təşkil edilib.
Sərgidə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr olunan nəşrlər, dahi liderin məzunu olduğu BDU ilə bağlı kitablar, eyni zamanda, Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə buraxılan biblioqrafik göstəricilər nümayiş olunub.
Kitab sərgisi professor-müəllim heyətinin və tələbələrin xüsusi marağına səbəb olub.
Sərgi zamanı, həmçinin fakültənin tələbələri Ulu Öndər Heydər Əliyevə, azad Qarabağımıza, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr edilmiş şeirlər söyləyib, musiqi nömrələri təqdim ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər