Böyük Britaniya Kralı 75 yaşını qeyd edir

Böyük Britaniya Kralı 75 yaşını qeyd edir Böyük Britaniya Kralı III Çarlzın 75 yaşı tamam olur. O, ad gününü həyat yoldaşı Kraliça Kamilla ilə birgə müxtəlif xeyriyyə təşkilatlarına baş çəkərək qeyd edir.
Axşam saatlarında bütün Britaniya ərazisində Kralın şərəfinə təntənəli atəşfəşanlıq təşkil olunacaq.
Çarlz ad günü mərasimini Kral ailəsinin və yaxın dostlarının ətrafında şam yeməyi ilə başa vuracaq. Mediada yayılan xəbərlərə görə, şahzadə Harri və həyat yoldaşı Meqan Markl mərasimə qatılmasalar da, Kralı telefonla təbrik edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər