Britaniya şahzadəsi Harri “Oskar” mükafatına namizəddir

Britaniya şahzadəsi Harri “Oskar” mükafatına namizəddir 2022-ci il üçün “Oskar” mükafatının təqdimetmə mərasimi martın 27-də Los-Ancelesdə keçiriləcək.
Bu dəfə mərasimin ötən iki illə müqayisədə daha dəbdəbəli formada təşkil olunacaq.
Mərasimin maraqlı məqamlarından biri odur ki, təşkilatçıların Britaniya şahzadəsi Harrini və onun həyat yoldaşı Meqan Marklı əsas mükafatlardan biri - “Ən yaxşı film” kateqoriyasında qalib elan edəcəkləri gözlənilir.
Bu xəbər Krallıqda qalmaqala səbəb olub. Belə ki, şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl təhlükəsizlik məsələlərini əsas gətirərək martın sonunda Şahzadə Filipin anım mərasiminə qatılmaq üçün Londona getməkdən imtina ediblər. Hər halda, yekun qərar yaxın günlərdə açıqlanacaq.

Tehsil-press.az


Oxşar xəbərlər