Şahzadə Anna 73 yaşını qeyd edib

Şahzadə Anna 73 yaşını qeyd edib Böyük Britaniya Kralı III Çarlz bacısı şahzadə Annanı 73 yaşının tamam olması münasibətilə ziyarət edib.
75 yaşlı Kral bacısı ilə birlikdə 1951-ci ildə “Clarence House” iqamətgahında uşaq arabasında çəkdirdikləri ağ-qara rəngli şəkli ona hədiyyə edərək ən xoş arzularını bildirib. Şəkildə Çarlzın körpə Annanın əlini zərifliklə sıxdığı görünür.
Qeyd edək ki, mərhum Kraliça II Yelizavetanın və Edinburq hersoqunun yeganə qızı və ikinci övladı olan şahzadə Anna Elizabet Alis Luiza 1950-ci il avqustun 15-də anadan olub. Atasının sevimlisi olan Anna o zaman anası və qardaşı Çarlzdan sonra Britaniya taxt-tacında üçüncü şəxs idi.
İki övladı olan şahzadə Anna həyata baxışlarına və cəsarətinə görə kral ailəsinin üzvlərindən fərqlənir. O, xeyriyyəçilik etməyi və dünyanı gəzməyi çox sevir. 1976-cı ildə keçirilən Monreal Yay Olimpiya Oyunlarında iştirak edən Anna atçılıq idmanı ilə peşəkar şəkildə məşğul olub.
Birinci əri Mark Fillipsdən ayrıldıqdan sonra 1992-ci il dekabrın 12-də Timoti Lourenslə evlənən kral ailəsinin ikinci övladı bu hərəkəti ilə mühafizəkar Britaniya ictimaiyyətini şoka salıb.
Anna həm də krallıq titullarından imtina etdikdən sonra Harri və Meqan Marklı dəstəkləyən bir neçə nəfərdən biridir.

Tehsil-press.az


Oxşar xəbərlər