Ukraynadakı müharibə zonasında vəziyyət çətin olaraq qalır, intensiv döyüşlər davam edir.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşünə gələrkən deyib.
“Ukraynada intensiv döyüşlər davam edir, döyüş meydanında vəziyyət çətin olaraq qalır və bu səbəbdən Kiyevə dəstəyimizi davam etdirməliyik”, - deyə Yens Stoltenberq bildirib.
Müharibənin gedişini indidən proqnozlaşdırmağın mümkün olmadığını etiraf edən Şimali Atlantika Alyansının Baş katibi əlverişli nəticənin birbaşa Kiyevə ediləcək hərbi yardımın həcmindən asılı olduğunu vurğulayıb. Onun sözlərinə görə, NATO Rusiyanın qələbə qazanmasına imkan verməməlidir və Ukrayna “suveren ölkə” kimi qalaraq qalib gəlməlidir.
Tehsil-press.az