Azərbaycan Dillər Universitetində (ADU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən rektor Kamal Abdulla kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü çatdırıb. ADU-nun nəşri olan kitabın əhəmiyyətindən danışan rektor deyib: “Çox mürəkkəb dövrü əhatə edən bu kitab xarici ölkələrdə Azərbaycana qarşı münasibəti ortaya qoydu. Bu münasibət müxtəlif yazılarda özünü göstərirdi. Həmin dövr Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərə təsadüf edir.
Kitabda 1993-2003-cü illərdə Azərbaycan və onun ətrafında baş verən hadisələrin ABŞ, Avstraliya, Kanada və digər ölkələrin ingilisdilli mətbuatında Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb. Kitab, həmçinin hər bir istiqamətdə elmi iş yazan gənc alimlər və tələbələr üçün faydalı olacaq”.
Universitetin prorektorları Novruz Məmmədov və Jalə Qəribova yeni nəşrin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, kitab müvafiq sahədə faydalı əhəmiyyətə malikdir.
Tədbirdə kitabın elmi redaktoru, Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi, Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Misgər Məmmədov, Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aynurə Hüseynova çıxış ediblər.
Məruzəçilər kitab üzərində işin təkcə məqalələrin Azərbaycan dilinə tərcümə edilməsi ilə məhdudlaşmadığını, eyni zamanda, Azərbaycan reallıqlarını mətbuat səhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yol verdikləri qeyri-dəqiqliklər, təhriflər və ya saxtalaşdırmalarla üzə çıxarıldığını və belə məqamların hər biri barədə, həmçinin kitaba daxil edilən materiallarda öz əksini tapan hadisə və proseslərlə bağlı olan şəxslər, şəhər və kəndlər haqqında da müvafiq şərhlər verildiyi haqqında söhbət açıblar. Kitab siyasətçilər, tarixçilər, regionşünaslar, diplomatlar və digər mütəxəssislər üçün son dərəcə faydalı vəsait kimi qiymətləndirilib.
Həmçinin qeyd olunub ki, kitabda yer alan məqalələr əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları əhatə edir. Kitabın ictimai-siyasi, elmi və didaktik əhəmiyyətə malik olduğu da vurğulanıb.
Təqdimat sual-cavabla davam edib.
Qeyd edək ki, layihənin ideya rəhbəri Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulladır. Layihənin icraçı-koordinatorları ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov və Mərkəzin elmi işçisi Suğra Ələkbərlidir.
Kitabın tərtibçiləri Şəhla Xudiyeva, Nərgiz Seyidova, Aysu Hüseynli, Pərvanə Cəfərova, Röya Əzizova, İradə Bəylərova, Gülnar Nağıyeva, İlahə Tağızadə, Eleonora Babayeva, Sabir Əliyev, Təvəkkül Zeynallıdır. Layihənin məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur. Rəyçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən Elşad Nəsirov, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Bakı Dövlət Universitetinin Slavyan tarixi kafedrasının müdiri Abutalıb Cəlilovdur.
Layihə akademik Kamal Abdullanın rəhbərliyi ilə həyata keçirilib. Kitabda müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan haqqında mühüm yazıların tərcüməsi və onlara münasibəti ifadə edən şərhlər də öz əksini tapıb. Bu kitab Azərbaycanın siyasi-ictimai fikrinin istiqamətini, qonşu xalqın işğalçılıq siyasətini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün xüsusi əhəmiyyət kəsb edir.
Tehsil-press.az