Bakı Slavyan Universitetində (BSU) Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin “Millətin atası” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru dosent Ənvər Abbasov Ulu Öndərin zəngin elmi-nəzəri irsi əks olunduğu bu kitabı əhəmiyyətli tədqiqat əsəri kimi yüksək qiymətləndirib.
Professor Arif Quliyev Ümummilli Liderin elmi, siyasi fəaliyyətinin daha dərindən öyrənilməsinin vacibliyindən danışıb, kitabın ərsəyə gəlməsi istiqamətində apardığı tədqiqatlardan geniş şəkildə bəhs edib. Müəllif, həmçinin kitabın təqdimatında göstərdiyi dəstəyə görə BSU rəhbərliyinə təşəkkürünü bildirib.
BSU-nun elm və innovasiyalar üzrə prorektoru Nailə Xəndan kitabın Azərbaycanın beynəlxalq əlaqələri, eləcə də Azərbaycan-Ukrayna əlaqələrinin araşdırılması baxımından təqdirəlayiq olduğunu vurğulayıb. Prorektor müəllifi təbrik edərək ona gələcək elmi araşdırmalarında uğurlar arzulayıb.
Diplomatiya və xarici siyasət kafedrasının müdiri dosent Əsgər Əhməd və Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Habil Məmmədov kitabın Ulu Öndər Heydər Əliyevin siyasi portretinin yaradılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu bildiriblər.
Bakı şəhəri 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova xarici dillərdə işıq üzü görən kitabların əhəmiyyətindən danışıb. O, nəfis tərtibatda çap olunmuş bu kitabın ərsəyə gəlməsinə görə müəllifə məktəb kollektivi adından təşəkkür edib.
Tehsil-press.az