Oktyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Regionşünaslıq kafedrasının təşəbbüsü ilə Auditoriya + proqramı çərçivəsində Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda” adlı kitabının təqdimat mərasimi keçirilib.
Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva bildirib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təklifi ilə tələbələrin dünyagörüşünün artırılması məqsədi ilə tövsiyə olunan əlavə oxu ədəbiyyatı siyahısında bu kitab da mütləq ədəbiyyat kimi qeyd olunub. Onun sözlərinə görə, “Ermənilərin mənşəyi haqqında”, “Cənubi Qafqaza erməni köçləri” və “Erməni qriqoryan kilsəsinin mənimsəmə siyasəti” adlanan 3 bölmədən ibarət olan kitab ermənilərin tarix boyu müxtəlif ərazilərə köç edib məskunlaşması və yaranmış situasiyalardan istifadə edib sonralar özlərini həmin ərazilərin yerli əhalisi elan etməsi, başqa xalqların mədəniyyət nümunələrini mənimsəməsi prosesinin hələ də davam etdiyi dövrdə zamanın tam nəbzinə uyğun bir vaxtda yazılıb oxucuların sərəncamına verilib.
AMEA-nın Tarix İnstitutunun professoru Solmaz Töhidi kitabın aktual mövzuya həsr olunduğunu qeyd edərək onun işıq üzü görməsini yüksək qiymətləndirib. O, kitabın 3 dildə nəşr olunmasının onun müraciət etdiyi mövzu ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib. Kitabın əhəmiyyətindən danışan professor onun ilk növbədə məlum faktları, elmi fikirləri sistemləşdirilmiş formada oxucuya təqdim etdiyini bildirib. O, ali təhsil müəssisəsi müəlliminin müxtəlif əsərlərdən faydalanaraq sadə, anlaşıqlı və kifayət qədər elmi dildə belə bir kitab yazmasını təqdirəlayiq hal kimi qiymətləndirib və kitabın müəllifinə təbriklərini çatdırıb.
Tədbirdə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov erməni saxtakarlığı, Regionşünaslıq kafedrasının doktorantı Elşən Məcidov ermənilərin mənşəyi, Qafqazşünaslıq kafedrasının dosenti Qorxmaz Mustafayev isə Dağlıq Qarabağ əhalisinin tərkibi haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Sonda çıxış edən A.Şahmuradov kitabın erməni saxtakarlığına qarşı yönəldiyini vurğulayıb. Kitabda bir çox mənbələrə müraciət edildiyini diqqətə çatdıran müəllif bu prosesdə əsasən erməni müəlliflərin materiallarından istifadə olunduğunu qeyd edib. A.Şahmuradov sonda hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, 135 səhifədən ibarət olan kitabda ermənilərin mənşəyi, miqrasiya prosesləri nəticəsində onların Balkanlardan Anadolunun şərqinə gəlmələri, Rusiya imperiyasının yardımı ilə Cənubi Qafqazda məskunlaşmaları, yerli xalqların mədəniyyəti və tarixini mənimsəmək məqsədi ilə etdikləri saxtakarlıqlarla bağlı məsələlər öz əksini tapıb. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən kitab tədqiqatçılar, müəllim və tələbələr, Cənubi Qafqazın etnik tarixi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.
ADU-nun Mətbuat xidməti