ABŞ Konqresi SSRİ-nin dağılmasından sonra ortaya çıxan yeni respublikaların müstəqilliklərinin dəstəklənməsi məqsədilə 1992-ci ildə “Azadlığa Dəstək Aktı”nı (FSA) qəbul etdi. Bu qanun sözügedən ölkələrdə iqtisadi-siyasi sabitliyinin təmin edilməsi, iqtisadi böyümənin və yeni iş yerlərinin açılmasının təşviq edilməsi, bazar iqtisadiyyatına keçidin dəstəklənməsi məqsədilə birbaşa yardımların edilməsini nəzərdə tuturdu. Təbii ki bu xeyirxahlığın arxasında, ilk növbədə, ABŞ-nin öz milli maraqları dayanırdı. Məsələn, qanunun hədəfləri arasında ehtimal ki yeni respublikaların inkişafına dəstək verərək, onların yenidən vahid mərkəzə tabe etdirilməsinin qarşısını almaq, ABŞ-nin nüfuzunu keçmiş sovet respublikaları arasında yaymaq, təsir rıçaqları əldə etmək və s. ola bilərdi. Hər bir halda SSRİ-nin qalıqları üzərində ayağa qalxaraq öz müstəqilliyini möhkəmləndirməyə çalışan yeni respublikalar üçün istənilən xarici yardım həyati əhəmiyyət daşıyırdı, o cümlədən Azərbaycan üçün.
Lakin belə bir tarixi-siyasi şəraitdə ABŞ-dəki erməni lobbisinin təzyiqi ilə 1992-ci il 24 oktyabrında qanunun 907-ci bölməsinə Azərbaycan hökumətinə ABŞ tərəfindən istənilən birbaşa yardımı qadağan edən düzəliş qəbul edildi. Düzəlişin qəbuluna əsas olaraq Azərbaycanın Ermənistanı blokadaya alması və Qarabağa qarşı güc tətbiq etməsi göstərilirdi. Bu qərar həmin vaxta təsadüf edirdi ki, Azərbaycan ordusu taktiki uğurları olan hücuma keçmişdi, baxmayaraq ki, bu hücumun müharibənin ümumi gedişatı və sonrakı taleyi üzərində təsiri olmadı.
“907-ci düzəliş”in qəbulu ilə Azərbaycan post-sovet respublikaları arasında ABŞ yardımlarından məhrum edilmiş yeganə ölkəyə çevrildi.
Hadisələrin gedişatı “907-ci düzəliş”in erməni milli maraqlarına xidmət edən ədalətsiz və qərəzli addım olduğunu dəfələrlə sübut etdi. Qanunun qüvvəyə mindiyi 1993-cü ilin yanvarınadək Ermənistan və dəstəklədiyi separatçılar Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilində nəzarətində saxladığı sonuncu şəhər olan Şuşanı, eləcə də Laçını işğal etmiş, Xocalıda mülki əhaliyə qarşı soyqırımı törətmişdi. Düzəlişin qəbulundan cəmi iki il sonra isə Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın 7 ətraf rayonunun işğalını başa çatdırmış, 1 milyondan çox azərbaycanlını ağır şərtlər altında yaşayan qaçqın və məcburi köçkünə çevirmiş, Naxçıvanı blokadaya salmışdı.
Düzəlişin qəbul edilməsinə əsas kimi göstərilən şərtlərin dəfələrlə ağır forması Ermənistan tərəfindən Azərbaycana qarşı tətbiq edilirdi. Üstəlik, Ermənistan BMT qətnamələri ilə işğalçı ölkə kimi təsbit edilmişdi. Bütün bunlara baxmayaraq, ABŞ Ermənistana qarşı heç bir cəza tədbiri görmədi. Əksinə, qərəzli münasibət yenə də Azərbaycana qarşı davam etdirildi, ağır humanitar şəraitdə yaşayan azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardımların daha effektiv həyata keçirilməsi məqsədilə “907-ci düzəliş”in ləğv edilməsi üçün irəli sürülən təşəbbüslər dəstəklənmədi. Əvəzində, Azərbaycana qarşı yeni həmlələr edildi, düzəlişin ləğvinə dair proseslərin müxtəlif təxribatlarla pozulmasına çalışıldı. Məsələn, 1996-cı ilin sentyabrında Demokratlar Partiyasından olan senator Con Porter tərəfindən hazırlanmış “Azərbaycana yardımı nəzərdə tutan” “Porter əlavəsi”ndə Qarabağ müstəqil tərəf kimi qeyd edilirdi. Lakin Azərbaycan hakimiyyətinin səyləri sayəsində əlavənin qəbulunun qarşısı alındı.
Nəticə olaraq Azərbaycan müstəqilliyi bərpa etməsinin sonrakı 8 ili ərzində ABŞ yardımlarından məhrum edildi. Əvəzində, 1996-cı ilədək Ermənistana göstərilən birbaşa yardımların həcmi 600 milyon dollar təşkil edirdi. Bu ədalətsizliklər barəsində Tomas Qoltsun 1996-cı ildə yazdığı “Azərbaycanda Beynəlxalq Yardım və Etnik Siyasət üzrə Montana Perspektivi” (A Montana Perspective on International Aid and Ethnic Politics in Azerbaijan) adlı məqaləsində geniş təsvirlərə yer verilib.
Ümumiyyətlə, ABŞ-nin digər ölkələrə birbaşa yardımlarına “təvazökar xeyriyyəçilik” prizmasından yanaşmaq böyük sadəlövhlük olardı. ABŞ rəsmiləri açıq şəkildə bəyan edirlər ki, bu yardımlarda başlıca məqsəd Amerikanın öz milli maraqlarının təmin edilməsidir. Məsələn, ABŞ dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bu il noyabrın 15-də Xarici İşlər Komitəsində keçirilən dinləmədə “907-ci düzəliş”dən imtina (hüquqi qüvvəsinin müvəqqəti dayandırılması) çərçivəsində Azərbaycana yardımların ayrılmasının ABŞ-ın maraqlarından qaynaqlandığını etiraf edib.
Ümumi mənzərəyə nəzər salsaq, ABŞ-nin milyardlarla dollar vəsaiti xarici yardımlar şəklində digər ölkələrə ayırmasının iki əsas yolu olduğunu müşahidə edirik. Bunlardan birincisi ABŞ hökumətinin, xüsusi xidmət orqanlarının, xarici siyasət institutlarının, USAİD kimi təşkilatların planlaması və sifarişi əsasında həyata keçirilir. Bu zaman qarşıya ABŞ-nin nüfuz dairəsinin genişləndirilməsi, maraqlarının qorunması, hədəf ölkələrdə ABŞ maraqlarına xidmət edəcək müxtəlif şəbəkələrin formalaşdırılması kimi məqsədlər qoyulur.
İkinci yol isə ABŞ-nin demokratik boşluqlarından qaynaqlanır, bu zaman lobbi və maraq qrupları hakimiyyəti müxtəlif vasitələrlə digər ölkələrə yardımlar ayırmağa təhrik edir. Məsələn, uzun illər Azərbaycan əleyhinə arsız və qərəzli bəyanatlar səsləndirən senator Bob Menendezin bu yaxınlarda misirli iş adamından aldığı rüşvət müqabilində ABŞ-nin Misirə yardımlarının həcminin artırmağa çalışması faktı aşkarlandı. Şübhəsiz ki, Menendez kimi senatorlar öz fondlarına (oxu - ciblərinə), seçki kampaniyalarına yönələn milyon dolları dövlət büdcəsindən itirilən milyard dollardan daha dəyərli hesab etdiyi üçün bu cür ağılsız xərcləmələr baş tuta bilir. Dövlət məntiqi ilə yanaşdıqda, birinci yoldan fərqli olaraq bu, ABŞ vətəndaşlarının marağının tamamilə ziddinədir və təbii olaraq, cinayət məsuliyyətinə səbəb olur. Necə ki, Menendez alçaldıcı bir şəkildə Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Bu proses tərsinə də cərəyan edə bilir – məsələn, “907-ci düzəliş” timsalında. Lobbi qrupları seçki kampaniyası üçün böyük vəsaitlərə ehtiyac duyan siyasətçilərdən müxtəlif vədlər alaraq onları dəstəkləyir, “ianə”lər edərək onların gələcək siyasi fəaliyyətlərindən istifadə edəcəkləri minnət formalaşdırırlar. Bəzən isə bu maraqların tətbiqi ianə vasitəsilə deyil, hədiyyə, təşəkkür, şirinlik və rüşvət müqabilində baş verir.
“907-ci düzəliş” ətrafında baş verən hadisələr əvvəllər Vaşinqtonun Azərbaycana münasibətdə qərəzli olması şübhəsi yaradırdısa, indi təsdiq edir. Zatən, ABŞ 2002-ci ildə düzəlişdən imtina ilə bağlı Prezidentə səlahiyyət verərkən Azərbaycana “ürəyi yandığı” üçün etməmişdi. Bu, 11 sentyabr hadisələrindən sonra o zamankı Prezident Corc Buşun xalqa müraciətində “səlib yürüşü” adlandırdığı irimiqyaslı hərbi əməliyyatlardan sonra baş vermişdi. Azərbaycan ABŞ-nin Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə öz hava ərazilərindən istifadəyə icazə verməklə kömək göstərdiyi üçün Konqres Prezidentə qanunun hüquqi qüvvəsini müvəqqəti dayandırmaq səlahiyyətini vermişdi.
Bununla belə, ABŞ-nin 2002-ci ildən sonra Azərbaycana və Ermənistana yardımlarında əhəmiyyətli fərq qalmaqdadır. Məsələn, 1992-2005-ci illərdə ABŞ Ermənistana 1.6 milyard dollar, Azərbaycana isə 600 milyon dollar yardım edib.
İndi isə Ermənistan və Azərbaycan arasında sülhün ilk dəfə bu qədər yaxın olduğu tarixi şəraitdə ABŞ-da “907-ci düzəliş”dən yenidən siyasi məqsədlərlə Bakıya qarşı təzyiq aləti kimi istifadə edilməsi müşahidə edilir.
Təəssüf ki, Vaşinqtonun sərgilədiyi bu ayrı-seçkilik onun vasitəçiliyini Parislə eyni kateqoriyaya qoymağa vadar edir. Halbuki ABŞ-nin bütün körpüləri yandırmadan separatçılara dəstəyi dayandırmağı və onların mövqeyindən çıxış etməyi tərgitməsi sülh üçün daha vacibdir. Azərbaycan artıq uzun müddətdir ki, Vaşinqtondan Ermənistan-Azərbaycan normallaşma kontekstində səmimiyyət gözləyir. Ancaq belə görünür ki, ABŞ “Qarabağ kartı” əldən çıxdığı üçün indi “907-ci düzəliş”dən alət kimi istifadə etməyə başlayıb.
Əfsuslar olsun ki, bütün bunlar Azərbaycanın Qərbin vasitəçiliyinə olan etimadını sarsıdan amillər sırasındadır. Təsadüfi deyil ki, rəsmi Bakı indi regional sülhün məhz regionda axtarılmalı olduğu qənaətindədir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün öncə Brüsseldə jurnalistlərə açıqlamasında sülhün və regional təhlükəsizliyin Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, məhz regionda olduğunu bildirmişdi.
Təbii ki, bu münasibət birdən ortaya çıxmayıb, bunu doğuran səbəblər, ilk növbədə, Qərb ölkələrinin vasitəçiliyi ilə bağlı yaranmış xəyal qırıqlığıdır. Bunun səbəblərini Qərb hökumətlərinin müxtəlif maraq dairələrinin təsiri altında səsləndirdiyi qərəzli bəyanatlarda, atdığı addımlarda axtarmaq lazımdır. Bu, son dərəcə aydındır ki, Qərbin vasitəçilik institutlarının Cənubi Qafqazdakı uğursuzluğu, ilk növbədə, onların Azərbaycana qarşı ayrı-seçkiliyindən, qərəzindən, Ermənistanın işğalına min cür don geyindirməyə çalışmasından qaynaqlanıb. Bu baxımdan münaqişənin 2020-ci ildəki qanlı toqquşmalarla nəticələnməsində Qərbin payı böyükdür, çünki vasitəçilik səyləri səmimi olsaydı, məsələ çoxdan dinc yolla həllini tapa bilərdi. Bu baxımdan deyə bilərik ki, ABŞ və Avropa İttifaqının indiki tarixi siyasi şəraitdə yenidən tərəfsizlik yerinə konkret qərəzli addımlar atması əsla regionda sülhə xidmət etmir. Qərb 2020-ci ilə qədərki fəaliyyətinə nəzər salaraq səhvlərindən nəticə çıxarmalı, bu yeni eranı emosiyalarla deyil, yeni reallıqlar əsasında dəyərləndirməlidir.
Tehsil-press.az