Avropa Parlamentinin (AP) martın 13-də növbəti sessiyası başlayıb və bu, martın 16-na qədər davam edəcək.
Martın 15-nə təyin edilən iclasda AP-nin Xarici Siyasət Komitəsi qurumun Azərbaycanla və Ermənistanla münasibətləri barədə hesabatlar təqdim edəcək.
Hər iki məsələ Avropanın qonşuluq siyasəti konsepsiyası çərçivəsində nəzərdən keçiriləcək.
Qısası, AP-nin növbəti dəfə Azərbaycana qarşı qətnamə qəbul etməsi gözlənilir.
Qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunda blokada olması iddialarına gen-bol yer verilib.
Bu azmış kimi, ATƏT-in keçmiş Minsk qrupu kimi ölü instituta, Qarabağda status kimi köhnəlmiş, tarixin arxivinə göndərilmiş nimdaş söhbətlərə istinad öz əksini tapıb.
AP-nin Azərbaycana qarşı addımları yeni deyil. Bu, köhnə təcrübə kimi gözə dəyir. Məqsəd aydındır: Azərbaycanı gözdən salmaq və Ermənistanın xeyrinə güzəştlər əldə etmək.
Qətnamələrin hüquqi qüvvəsi yoxdur, yalnız siyasi təsiretmə vasitəsidir. Ancaq Azərbaycan yenə də qətiyyətində qalır, yəni qətnamələr siyasi vasitə kimi də effektiv deyil. Görünür ki, AP Azərbaycana qarşı qəbul etdiyi qətnamələrin faydasızlığını dərk edərək növbəti “qisas”a hazırlaşır.
Erməni lobbisinin əlində alət olan AP X Qlobal Bakı Forumunun baş tutması və Azərbaycanın digər beynəlxalq təşəbbüslərinə qısqanclıqla yanaşır.
Halbuki, AP ilk növbədə özünü təmizləməlidir. Qurum daxilindəki korrupsiya cinayətlərini ört-basdır etmək üçün Azərbaycanın üstünə gəlmək mənasız addımdır.
Avropa Parlamentinin deputatlarının əksəriyyəti erməni biznesmen Kaspar Karampetyan ilə sıx əməkdaşlıq edir. Bu barədə mətbuatda xeyli geniş məlumatlar var.
Kaspar Karampetyan qeyri-qanuni fəaliyyətlə məşğuldur, üstəgəl, AP-də Azərbaycana qarşı imzalanmış qətnamələrin hərəkətverici qüvvəsidir.
Bir sözlə, Kaspar Karampetyan AP-nin bir sıra deputatlarını dirijor çubuğu ilə idarə edir. Onun brilyant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır. AP özü nəzərə almalıdır ki, bu kimi hallar onun özü üçün utancvericidir.
AP Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan da gen-bol faydalanır.
Rəzil vəziyyətə düşmüş belə bir qurumun Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı çatmır.
Çünki AP demokratiya dəyərləri adı altında irqçilik, islamofob, Azərbaycanofob, türkofob mövqelər və ikili standartlar sərgiləyir.
AP ərazi bütövlüyü məsələsinə yanaşmasında da ancaq Ermənistana qahmar çıxır. AP-nin ərazi bütövlüyü anlayışı yalnız Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə ərazi bütövlüyü yada düşmür.
Bunu sübut edəcək sadə bir misal çəkək. AP dəfələrlə Azərbaycana “qoşunlarını Ermənistan ərazisindən çıxar” deyə çağırış edib.
Ancaq Ermənistanı hələ də işğal altında saxladığı səkkiz Azərbaycan kəndini azad etməyə çağırmır.
İkinci misal. AP Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı Ermənistanı sorğulamır. Hələ Xocalı soyqırımı kimi faktın üzərindən sükutla keçməsini demirik.
AP-nin mövqeyi regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə zərbə vurur, Ermənistanda revanşistləri ruhlandırır.
Azərbaycan dövlət olaraq regionda belə revanşizmin baş qaldırmasına imkan verməyəcək.
Tehsil-press.az