ABŞ-ın Azərbaycana qarşı “907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? - AÇIQLAMA

ABŞ-ın Azərbaycana qarşı “907-ci düzəliş” ədalətsizliyi aradan qaldırılacaq? - AÇIQLAMA 44 günlük Vətən müharibəsinin yekunları yeni reallıqlar yaradıb. Yeni reallıq isə bir sıra aktların aradan qaldırılmasını gündəmə gətirib.
1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş də bu məhz bu qəbildəndir.
Maraqlıdır, yaxın vaxtlarda sözügedən 907-ci düzəlişin ləğvi mümkündürmü?
Məsələ ilə bağlı deputat Naqif Həmzəyev Ermənistandan fərqli olaraq, Azərbaycanın heç bir dövlətdən dəstək gözləmədiyini bildirib: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra 907-ci düzəlişin ləğvi də gündəmə gətirilməlidir. Ancaq istənilən halda regionda prosesləri izləmək lazımdır. Müharibədən əsas ziyan çəkən, təcavüzə uğrayan tərəf Azərbaycandır. Lakin göründüyü kimi, Azərbaycan heç kimdən dəstək istəmədən və gözləmədən Qarabağı dirçəldir və bir il ərzində biz bunu sübut edə bildik. Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərliyi, eləcə də digər dövlət rəhbərləri ilə görüşündə də konkret olaraq bərabər hüquqlu tərəflər kimi çıxış edir. Yəni biz Ermənistandan fərqli olaraq hansısa ölkələrdən yardım gözləmirik”.
Millət vəkili nəinki 907-ci düzəlişin, eləcə də digər problemli məsələlərin qarşıdakı zaman ərzində həllini tapacağını diqqətə çatdırıb: "Dost ölkələrin şirkələtləri "Qarabağa qayıdış” planında fəal iştirak edir, bu istiqamətdə investisiya qoyurlar. Düşünürəm ki, 907-ci düzəlişlə Ermənistana daha çox dəstək verilməsi və Azərbaycana maddi dəstəyin verilməməsi müəyyən dərəcədə düzgün qarşılanmır. Bu məsələnin həllini tapacağını düşünürəm. Azərbaycanın regionda yaratdığı reallıqların fonunda təkcə 907-ci düzəliş deyil, bir sıra məsələlər öz həllini tapmalıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər