Bu halda Rusiya ilə sərhədi bağlayacaqlar

Bu halda Rusiya ilə sərhədi bağlayacaqlar Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lyanemets Rusiya ilə sərhədin hansı halda bağlana biləcəyini açıqlayıb.
Nazir bu barədə Estoniya sakinlərinə əvvəlcədən xəbərdarlıq ediləcəyini vəd edib.
Siyasətçi hazırda Estoniya sərhəd-keçid məntəqələrinin adi qaydada işlədiyini, lakin hakimiyyətin Finlandiya kimi, lazım gələrsə, onları bağlamağa hazır olduğunu bildirib.
“Biz yüzlərlə miqrantın Finlandiya sərhədindən cənuba - məsələn, Narva və ya Luhamaa sərhəd məntəqələrinə göndəriləcəyinə hazır olmalıyıq”, - Lyanemets deyib.
Nazirin sözlərinə görə, bir neçə həftə əvvəl Rusiyanın guya “öz xüsusi xidmət orqanlarının səssiz razılığı və hətta dəstəyi ilə” miqrasiya axınını Estoniya sərhədinə yönəldə biləcəyinə dair işarələr var idi.
Estoniya DİN rəsmisi əlavə edib ki, yerli polis və sərhədçilər kiçik miqrant axınının öhdəsindən gəlib, lakin sərhədə yüzlərlə qeyri-qanuni qaçqın gəlsə, sərhəd-keçid məntəqəsinin işi xeyli pozulacaq.

Tehsil-press.az


Oxşar xəbərlər